“Kəpəz”in Premyer Liqaya qayıdışına ancaq sevinmək olar. “Kəpəz”in Premyer Liqaya qayıdışına ancaq sevinmək olar.

Komitə sədrindən “Kəpəz” açıqlaması

“Kəpəz”in Premyer Liqaya qayıdışına ancaq sevinmək olar.



Bu, təqdirəlayiq haldır. Bölgələrdə futbol mütləq olmalıdır. "Kəpəz"in Premyer Liqaya qayıtması futbolumuzun inkişafına təkan verəcək. Ölkənin ikinci şəhəri futbolsuz qala bilməz. Əminəm ki, biz Gəncə futbolunu əvvəlki səviyyəsinə qaytara biləcəyik". Bu sözləri futbolxeber.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. "Kəpəz"in Premyer Liqaya qayıdışına münasibət bildirən V.Sadıqov qeyd edib ki, bir neçə il əvvəl "Kəpəz" ölkə futbolunda sözünü deyən komandalardan biri idi. "Dəfələrlə ölkə çempionu olan, kuboku qazanan komandanın üzvləri millidə də aparıcı mövqe tuturdular. AFFA-nın bu təşəbbüsünü müsbət qarşılayıram. Bu, ilk addımdır".