İctimai Televiziya və Radio Yayımları şirkəti İlk Avropa Oyunlarının təbliğinə həsr olunmuş yeni layihəyə start verib. İctimai Televiziya və Radio Yayımları şirkəti İlk Avropa Oyunlarının təbliğinə həsr olunmuş yeni layihəyə start verib.

Avropa oyunlarına həsr olunmuş – Yeni veriliş

İctimai Televiziya və Radio Yayımları şirkəti İlk Avropa Oyunlarının təbliğinə həsr olunmuş yeni layihəyə start verib.


İTV-dən AzNews.az-a verilən məlumata görə, yeni veriliş "Tok-şou Bakı 2015" adı ilə yayımlanacaq. Verilişin ilk buraxılışı artıq hazırdır. Hər buraxılışına müxtəlif idman federasiyalarının rəhbərlərinin, nümayəndələrinin və idmançıların qatılacağı layihə mayın 13-ü, 21:35-də efirə gedəcək.

Avropa Oyunları ilə bağlı olan verilişin ilk qonaqları Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, baş məşqçisi Mariana Vasiliva, ikiqat Azərbaycan çempionu, Avropa 3-cüsü Marina Durunqa və başqa idmançılar olacaq.

Verilişin aparıcıları Pərviz Abubəkirov və Şəfiqə Muradqızıdır.
image description image description image description