150 min bilet satıldı

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bilet satışı davam edir.


AzNews.az xəbər verir ki, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu mötəbər idman yarışı üçün artıq 150 min bilet satılıb. Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 60 faizi artıq satılıb. Birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb. Bilet satışı prosesi hazırda davam edir və Oyunlara maraq həddən artıq çoxdur.

Oyunların biletlərini satış məntəqələrindən, yaxud www.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişlərini "Park Bulvar", "28 Mall", "Metro Park" Ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, "ASAN xidmət"in Yasamal filialı, eyni zamanda, metronun "Neftçilər", "Əhmədli" stansiyaları yaxınlığında və Fəvvarələr meydanındakı "McDonald’s" restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür.