Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb. Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb.

Avropa Oyunlarının məşəli Tərtərdə- FOTOLAR

Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb.



AzNews.az AzərTac-a istinadən xəbər verir ki, şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Əllərində üçrəngli bayrağımızı, gül-çiçək və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılanıb. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırıb. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatıb.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edilib. Çıraq yarışların sonuna qədər "Bakı-2015"in rəmzi kimi rayonda saxlanılacaq.

Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdi.

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasında rayonun ümumtəhsil məktəblərinin kollektivləri də iştirak edib.

Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam edib.
image description image description image description image description image description image description image description