Almaniyanın kişilər arasında voleybol üzrə milli komandası dostluq qarşılaşmasında Slovakiyaya 3:0 hesabı ilə qalıb gəlib. Almaniyanın kişilər arasında voleybol üzrə milli komandası dostluq qarşılaşmasında Slovakiyaya 3:0 hesabı ilə qalıb gəlib.

Alman voleybolçuları Bakı-2015 öncəsi görüşdə qalib oldu

Almaniyanın kişilər arasında voleybol üzrə milli komandası dostluq qarşılaşmasında Slovakiyaya 3:0 hesabı ilə qalıb gəlib.


AzNews.az baku2015.com-a istinadən xəbər verir ki, bu görüş birinci Avropa Oyunlarına aparan ilkin addım hesab edilir.

Almaniya voleybolçuları 2014-cü il Dünya çempionatında bürünc medal qazanandan bəri ilk dəfədir ki, oyun meydançasına çıxıblar. Münsterdə keçirilmiş görüşmədə alman voleybolçular Slovakiya komandasını 3:0 (25-18, 25-22, 25-16) hesabı ilə məğlub ediblər. Bundan əvvəl isə Almaniya və Slovakiya komandaları həm də iyunun 6-7-də Boxumda keçirilmiş iki məşq matçında görüşüblər.

Almaniyalı məşqçi Vital Heynen oyunun nəticəsindən razı qaldığını açıqlayıb: "Mən bu oyundan məmnunam. Hər şeydən öncə, birinci matçı 3:0 hesabı ilə udmuşuq. Heç nə asan olmadı, amma ən yüksək nöqtəyə çatmaq üçün hər şeyi qabaqlamaq hələ tezdir".

Vital Heynen bu gün 14 nəfərdən ibarət komandasını Bakı 2015-ə təqdim edəcək.

Dostluq görüşündə çıxış edən hər iki komanda 16 iyun tarixində Bakı 2015 çərçivəsində B qrupunda qarşılaşacaq. Qrupdakı digər dörd komanda - Rusiya, İtaliya, Bolqarıstan və Belçikanındır.