Dünən futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində VI turun oyunlarına start verilib. Dünən futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində VI turun oyunlarına start verilib.

Azərbaycan futbolçuları Norveçdə bir xal qazandı - VİDEO

Dünən futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində VI turun oyunlarına start verilib.


AzNews.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız səfərdə Norveçlə qarşılaşıb və 0-0 hesabı ilə uğurlu nəticə əldə edib.

Xorvatiyalı mütəxəssis üçün bu, millimizlə ilk səfər matçı olub.

H qrupunda oynayan Azərbaycan millisinin bu oyundan sonra 4 xalı var.

Qrupa isə 14 xalla Xorvatiya millisi rəhbərlik edir. İtaliya ondan 2 xal geri qalır. Dünən bu komandalar arasında Xorvatiyada keçirilən oyun 1-1 hesabı ilə nəticələnib. Malta isə doğma meydanında Bolqarıstana 0-1 hesabı ilə uduzub.

12 iyun
"Avro-2016"nın seçmə mərhələsi

23:45.Norveç – Azərbaycan 0:0


Baş hakim: Pavel Gil (Polşa)
Oslo. "Ullevol" stadionu



Goal Popov - Malta 0-1 Bulgaria - 12-06-2015 by Video-Live