Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində 550 deputat and içəcək. Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində 550 deputat and içəcək.

Bu gün Türkiyədə 550 deputat and içəcək – VİDEO

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində 550 deputat and içəcək.


AzNews.az xəbər verir ki, 7 iyunda seçilən yeni millət vəkilləri bu gün Böyük Millət Məclisində rəsmən and içərək vəzifəyə başlayacaqlar.

Açılış mərasimində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir. Ərdoğan üçün lojada xüsusi kreslo da hazırlanıb.

Mərasimlər çərçivəsində deputatlar Atatürk abidəsinə əklil qoyub.

TBMM sədrinin təhvil-təslim mərasimi yerli vaxtla saat 13.30-da keçirilib. Məclis sədri Cəmil Çiçək vəzifəsini müvəqqəti olaraq ən yaşlı deputat olan Dəniz Baykala təhvil verib.

Millət vəkillərinin andiçmə mərasimi isə saat 15.00-da keçiriləcək.

Deputatlar təmsil etdikləri rayonların adlarına görə and içəcəklər. İlk andı Adanadan seçilən millət vəkili Meral Danış Beştaş edəcək.

Mərasimin gecə yarısı saat 02.00-yə kimi bitməsi gözlənilir.