Voleybol: Azərbaycan-Serbiya – Kim qalib gələcək?

“Bakı-2015” I Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsinə yekun vurulacaq.


AzNews.az xəbər verir ki, mükafatçıların hər üçünün adına bu gün aydınlıq gələcək.

Bakı Kristal Zalında saat 16.00-da meydançaya Azərbaycan və Serbiya voleybolçuları çıxacaq.

Yarımfinal oyununda Türkiyəyə 2-3 hesabı ilə uduzan millimiz bu gün bürünc medal uğrunda yarışacaq.

Saat 18:30-da isə qızıl medal uğrunda Türkiyə və Polşa komandaları qarşılaşacaq.