Sentyabrın 12-də Azərbaycan Kikboksinq Federasiyası hesabat iclası keçirib. Sentyabrın 12-də Azərbaycan Kikboksinq Federasiyası hesabat iclası keçirib.

Deputat yenidən federasiya prezidenti oldu - Fotolar

Sentyabrın 12-də Azərbaycan Kikboksinq Federasiyası hesabat iclası keçirib.


AzNews.az xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutunun akt zalında keçirilən tədbirdə federasiyanın prezidenti, millət vəkili Adil Əliyev, federasiyanın vitse-prezidentləri Güloğlan Cabbarov,Ramiz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər. Tədbirdə həmçinin ölkəyə dünyada və Avropada müxtəlif titullar qazandıran tanınmış idmançılar da iştirak ediblər.

İclasın açılışı Adil Əliyevin çıxışı ilə başlayıb. Millət vəkili ilk öncə gələn qonaqları salamlayaraq AKF-nin uğurlarından və gələcək planlarından danışıb. Federasiyanın başlıca olaraq gənc nəslin nümayəndələrini idmana həvəsləndirmək kimi məqsədini hakim tutaraq bildirib ki, Kikboksinq Federasiyası qeyri-olimpiya oyunları sırasına daxil olmasına baxmayaraq artıq Azərbaycanın sevimli idman növünə çevrilib: "Gənclər və İdman Nazirliyinin ən perspektivli idman növləri sıralarına daxil olan federasiya gələcəkdə gənclərdə idmana marağı daha da artıracaq və ən əsası vətənə layiqli və vətənpərvər gənc nəsilin yetişdirilməsində yardımçı olacaq" . Millət vəkilinin çıxışından sonra federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov hesabatı oxumaq üçün tribuna qarşısına çıxıb.

Qurumun 4 il ərzində qazandığı uğurlardan danışan Güloğlan Cabbarov bildirib ki, bu illər ərzində Azərbaycanın bu idman növü üzrə yığması müxtəlif qitələrdə keçirilən beynəlxalq turnirlərdən qalib kimi ayrılıb. Asiya, Avropa və Afrikaya qarşı döyüşən kikboksçularımız vətənə qalibiyyətlər qazandırıb. O cümlədən bu yaxınlarda gənc kikboksçularımızın Avropa çempionatından qayıtdıqlarını bildirən vitse-prezident bu turnirdən 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazandıqlarını iştirakçıların nəzərinə çatdırıb.

Milli komandanın rəisi Sadıq Bağırov, böyüklər üzrə baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov,əməkdar məşqçilər Hakim Hacıyev,Rəhim Əliyev, Tofiq Eyvazov çıxış ediblər.

Daha sonra kikboksinq federasiyasına növbəti 4 il ərzində prezidentlik vəzifələrini icra edəcək şəxsin kimin olması ilə bağlı müzakirələr aparılıb. Sonda səsvermə keçirilərək yekdilliklə Adil Əliyev yenidən prezident seçilib. Tədbirdə həmçinin yeni vitse-prezident təyin olunub. Belə ki, kikboksinq federasiyasının vitse-prezidenti Əhəd Əbiyev tutduğu vəzifədən kənarlaşdırılaraq, onu yerinə Rövşən Bayramov təyin olunub. Federasiyanın idarə heyətindəki dəyişiklik bunlarla başa çatmayıb. Keçmiş katib vəzifəsini icra edən Rüstəm Rüstəmov işdən azad edilib. Onun yerinə isə Oruc Məmmədli təyin olunub. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov isə idarə heyətinin üzvü seçilib.

Tədbirin sonlarına yaxın çıxışında millət vəkili Adil Əliyev bəzi tanınmış idmançılarin fəxri adlar alması məsələsinə laqeyd yanaşmalarını tənqid edib. O bildirib ki, federasiya tərəfindən fəxri adlara layiq görülən idmançılarımız bu məsələ ilə bağlı bizə müraciət etmirlər və yaxud da müraciət etməkdə gecikirlər.

Hesabat iclasına federasiya prezidentinin kollektivlə birgə xatirə şəkli çəkdirməsi ilə yekun vurulub.

Adil Əliyev tədbir başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən köhnə və yeni uğurlardan danışıb. Yeni mövsümdə Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək peşəkar kikboksçuların dünya çempionatının anonsunu verib.
Qeyd edək ki, 1993-cü ildən bəri fəaliyyət göstərən AKF-nin (Azərbaycan Kiqboksinq Federasiyası) respublikada 100-ə yaxın idman klubu fəaliyyət göstərir. Federasiya kikboksin idman növünün Azərbaycan üzrə yeganə təmsilçisi və WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvüdür.
image description image description image description