“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə görüşünün gecə yarısı başa çatmasını və bundan sonra azarkeşlərin evə getmələri üçün əməli tədbir görülməməsi mətbuatda müzakirələrə səsəb olub. “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə görüşünün gecə yarısı başa çatmasını və bundan sonra azarkeşlərin evə getmələri üçün əməli tədbir görülməməsi mətbuatda müzakirələrə səsəb olub.

Bakı metrosu gecə saat 01:30-dək işləyəcək - “Qəbələ”yə jest

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə görüşünün gecə yarısı başa çatmasını və bundan sonra azarkeşlərin evə getmələri üçün əməli tədbir görülməməsi mətbuatda müzakirələrə səsəb olub.


AzNews.az xəbər verir ki, futbolinfo.az saytının yaydığı xəbərə "Qəbələ" operativ reaksiya verib.
Klubun vitse-prezidenti Fariz Nəcəfov futbolsevərlərə şad xəbər verib:

"Bakı Metropoliteninin rəhbərliyi ilə əlaqə saxlayaraq, vəziyyəti onlara izah etdik. Sağ olsunlar, bizi anlayışla qarşıladılar. Qısa zaman kəsiyində məsələni müsbət həll etdilər. "Qəbələ" – PAOK matçı ilə əlaqədar Bakı

Metropoliteni bu gün gecə saat 01:30-dək işləyəcək".