"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. "Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib.

Sabir Rüstəmxanlının oğlu Cavid Qurbanovu əvəzlədi - Klub prezidenti oldu

"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib.


AzNews.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.

AzNews.az