Bakıda keçirilin Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib. Bakıda keçirilin Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.

Bakıda keçirilən Dünya Kubokunun qalibi bəlli oldu

Bakıda keçirilin Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.


AzNews.az-ın məlumatına görə, finalda iki rusiyalı şahmatçı - Serqey Karyakin və Petr Svidler üz-üzə gəliblər.

Dörd klassik görüşdən sonra hesab bərabər olduğu üçün (2:2) oktyabrın 5-də hər iki şahmatçı mübarizəni tay-brekdə davam etdirib.

Rəqiblər tay-brekdə hərəyə bir dəfə qələbə qazandığından 25+10 vaxt nəzarəti rejimində iki oyun keçirməli olublar. Bu qarşılaşmalarda da qalib müəyyənləşməyib - 1:1. Qalibi müəyyən etmək üçün 10+10 vaxt nəzarəti rejimində oynanılan növbəti iki partiyada da şahmatçılar hərəyə bir dəfə qalib gəliblər. Dünya kubokunun qalibi 5+3 vaxt nəzarəti rejimində oynanılan görüşlərdə müəyyən edilib. Hər iki partiyanı qələbə ilə başa vuran Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə dünya kubokunun qalibi adını qazanıb.

Mükafat fondu 1,6 milyon dollar olan yarışın qalibi 120 min dollar məbləğində mükafatla təltif ediləcək. Reqlamentə əsasən, finalçılar dünya çempionluğuna iddiaçıların turnirində mübarizə aparmaq imkanı əldə ediblər.

Qeyd edək ki, ümumilikdə turnirdə 128 şahmatçı mübarizə aparırdı.