• İdman
  • 12 Oktyabr 2015 22:41

Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm - Petev

“Dördüncü yer bizə heç nə vermir. Ancaq komandamız sabah baxımlı oyun göstərməlidir. Eyni zamanda meydana nəticə qazanmaq üçün çıxacağıq”.
AzNews.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev "Avro-2016"nın seçmə mərhələsində yığmamızla oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, hədəflərinin "pley-off"a çıxmaq olduğunu ancaq müəyyən səbəblərdən bunun alınmadığı qeyd edib: "Bizim əsas problemimiz odur ki, bəzi futbolçuları öz klublarında mütəmadi oynamır. Biz pley-off şansımızı Norveçlə oyunda itirdik. Həmin qarşıkaşma bizim üçün çox çətin oldu. Vacib xal itkisi isə arzularımızın üzərindən xətt çəkdi".

Sabahkı oyunda gənclərə şans verəciyini bildirən Petev yığmamız haqda müsbət fikirlər səsləndirib: "Sabah meydanda gənc futbolçuları görəcəksiniz. Xorvatiya ilə oyunda da ekperiment etmişdim. Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Bu ölkənin klubları da son vaxtlar avrokuboklarda uğurlu çıxış edir. Sabah futbolçularımız oyuna yaxşı köklənməlidir. Təbii ki, rəqibin güclü tərəflərini bilirik. Onlar bizi yaxşı tanıyır".

Ötən il "Qəbələ"yə keçidi alınmayan Petev bu haqda çox danışmaq istəməyib:
"Mən ilk növbədə "Qəbələ"yə uğurlar arzu edirəm. Ancaq konkret hansı səbəbdən bu kluba keçidimin baş tutmamasını deyə bilmərəm. Bu, artıq keçmişdə qalıb".