• İdman
  • 13 Oktyabr 2015 19:51

Dünya İdman Oyunlarında uğurla çıxış edən millimiz Vətənə qayıtdı

Koreya Respublikasında təşkil olunan Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.
AzNews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə, Gənclər və İdman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.

Hərbiçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü - cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.