Oyunun 56-cı dəqiqəsində Rangelov Bolqarıstanın ikinci qolunu vurur. Hesab 0:2 rəqibin xeyrinədir. Oyunun 56-cı dəqiqəsində Rangelov Bolqarıstanın ikinci qolunu vurur. Hesab 0:2 rəqibin xeyrinədir.

Millimiz Bolqarıstana uduzur - Yenilənir

Oyunun 56-cı dəqiqəsində Rangelov Bolqarıstanın ikinci qolunu vurur. Hesab 0:2 rəqibin xeyrinədir.


***
00:40

Oyunda ilk hissə başa çatıb. Millimiz fasiləyə məğlub durumda yollanıb.

***
00:14

Oyunun 20-ci dəqiqəsində rəqib komandanın Mixayıl Aleksandrov adlı oyunçusu hesabı açır. Hesab 0:1 Bolqarıstanın xeyrinədir.

***
23:48

Bu gün "Avro-2016"nın seçmə mərhələsinə yekun vurulacaq.

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, H qrupunda qərarlaşan Azərbaycan millisi qrupda son matçına çıxacaq. Komandamız səfərdə Bolqarıstanın qonağıdır.

Yığmamız səfərdə Bolqarıstanla üz-üzə gələcək. Bu görüşdə qalib gələcək millimiz turnir cədvəlində 4-cü pilləyə yüksələ bilər.

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda baş tutan görüş qonaqların xeyrinə bitib - 1:2.

Milli heyətlərin start heyətləri:

Bolqarıstan: Bojidar Mitrev, Aleksandar Aleksandarov, İvo İvanov, Yordan Minev, Mixail Aleksandrov, Dimitar Rangelov, İvelin Popov, Georgi Milanov, Jivko Milanov, Svetoslav Dyakov (k), Xristo Zlatinski

Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov (k), Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanov.