Avropada İran kəşfiyyatının uzantıları və Azərbaycan

“Siyasi mühacirlər” və qrant pullarının qulları

Almaniyada fəaliyyət göstərən “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının fəallarından Emin Manafov, Azər Əliyev, Mirməhəmməd Hüseynov, Alış Abdullayev, Məmməd Qarayev, Rafiq Təmrazov, Ceyhun Əlizadə və digərləri bir araya gələrək “Azərbaycan-Ermənistan Dotsluğu” cəmiyyətini təsis ediblər. Əslində hər iki təşkilat Azərbaycan dövlətinə qarşı 26 ildir separatizm siyasəti yürüdən Əlikram Hümbətovun oğlu Tural Hümbətovun adına qeydiyyatdan keçmiş “CODA” (Committee Outlines of Democracy in Azerbaijan) təşkilatının himayəsi altında fəaliyyət göstərir. O da bəllidir ki, “CODA” təşkilatının əsas sponsoru “Avropa Erməni Təşkilatları Konfederasiyası”dır.

1990-cı illərdə Azərbaycan dövlətinə qarşı erməni separatizmi ideyaları öndə idisə, bu gün daxili satqınlar və sapqınların əli ilə bütün bunlar həyata kelçirilir. Xüsusən də “demokratiya pərdəsi” altında bu hədəflər önə çıxarılır. Avropada “AND” (Azərbaycan Naminə Demokratiya), “AAMBŞ” (Avropa Azərbaycanlıları Milli Birlik Şurası), “CODA”, “DAS (Demokratik Azərbaycanı Seç) və digər qrupların anti Azərbaycan fəaliyyətlərindəki son strateji hədəflər Azərbaycan Respublikasına qarşı “radikal islam” projesidir. İran, İraq və Suriyadakı hərbi təlim düşərgələrində terrorizm məktəbini keçmiş və Azərbaycanda mövcud quruluşu dəyişdirərək “şəriət dövləti”nin yaradılması istiqamətində “Hüseyniyyun” şəbəkəsinin təbliğatına başlanması DAS və ona yandaşlıq edən qrupların hədəflərini ortaya qoyur. Sözdə demokratiyadan və Azərbaycanda demokratik proseslərin inkişaf etdirilməsindən bəhs edənlərin belə bir addım atması, elə Avropa demokratiyasına qarşı çıxmaq deməkdir.

Ötən il iyul ayının 3-də “Hüseyniyyun” terror təşkilatının üzvü və Suriyadakı terror mərkəzlərinin birində xüsusi hərbi təlim keçmiş Yunus Səfərovun Gəncədə törətdiyi terror aksiyasından sonra, bu təşkilatın varlığı da üzə çıxdı. “Hüseyniyyun” təşkilatının icraçı rəhbərlərindən biri olan Tohid İbrahimbəyli də məqsədlərinin dini rejim qurmaq olduğunu açıqca bəyan edir. Ölkədə hər kəs bu terror aksiyası və onun arxa baxçasını lənətlədiyi bir vaxtda müxalifəti təmsil edən “Milli Şura”, eləcə də onlara məxsus çoxsaylı sosial şəbəkələr, KİV orqanları da Yunus Səfərovu saxtakarcasına “qəhrəman”a çevirməyə çalışdılar. “Hüseyniyyun” təşkilatının “nur-az.com” internet resursu isə, yayımlandığı ölkədən verilən güclü maliyyə dəstəyi nəticəsində genişmiqyaslı təbliğat şəbəkəsi yaradıb. “OTV” “zəhər tuluğu”nun rəhbəri Zabil Məhərrəmov isə, Yunus Səfərovun “qəhrəman” obrazını yaratmağa çalışdı. “Hüseyniyyun”un əvvəllər mediadakı təbliğatçısı, indi isə aparıcı simalarından birinə çevrilmiş Cavid Cabbarlı (Alışov) hazırda Almaniyada yaşayır və bu dəfə “DAS” adlı qurum yaradıb. Azərbaycan Respublikasında yaşadığı müddətdə “Müsəlman Hərəkatı Birliyi” təşkilatının sədri və ölkəmizdə “şəriət dövləti” ideyalarını radikal islam konsepsiyası əsasında həyata keçirməyi planlaşdıran Tale Bağırzadənin ən alovlu təbliğatçılarından biri olub. Avropaya mühacirət etdikdən sonra, “İran islamı” ideyasının təbliğatsına çevrilib. “Nardaran hadisələri”ni xüsusi şəkildə qabartması isə, artıq Cavid Cabbarlının mövqelərini ifşa edir.

“Milsiz” Şuranın avantürası

Milli Şura”nın Avropada dəstək verdiyi “DAS” təşkilatı ilə eyni mövqedə olması hər iki qurumun haradan və necə nəfəs aldıqlarını çılpaqlığı ilə ortaya qoyur. Çünki “Milli Şura”nın hazırladığı “Azərbaycanda siyasi məhbus” siyahısında yer alanların hamısı radikal islamçılar və terrorçulardan ibarət idi. Problemin dəhşət saçan tərəfi odur ki, “Siyasi Məhbusları Müdafiə Mərkəzi”ni yaradan “Milli Şura”nın Avropadakı xüsusi təmsilçisi Cavid Cabbarlı olub. Onun Avropada təşkil etdiyi bir sıra aksiyaların aparıcı simaları Leyla Yunus, Arif Yunus, Əlikram Hümbətov və digər antimilli siyasi kursun nümayəndələri olublar. Bu prosesdə “CODA” təşkilatının anti Azərbaycan fondlardan aldığı qrant layihələrinin maliyyə vəsaitinin xüsusi çəkisi olub.

“Milli Şura”nın mühacirətdəki “törəmə” təşkilatların vasitəsilə dolayı yolla ermənilərə məxsus strukturlarla əməkdaşlığı Azərbaycan siyasətinin ən dəhşət saçan rəzalətdir, desək yanılmarıq. “DAS” təşkilatının “Alman-Erməni Cəmiyyəti” ilə qapalı əlaqələrini ifşa etmək üçün heç də xüsusi araşdırmalara ehtiyac yoxdur. Belə ki, DAS tərəfindən keçirilən aksiyaların dərhal “Alman-Erməni Cəmiyyəti”nə məxsus sosial şəbəklərdən yayılması göz önündədir. Bu aksiyalar iki yöndən Azərbaycana qarşı atılan addımdır:

1. Azərbaycan müxalifətinin radikal islamçılıq və şəriət dövləti ideyasını Avropada təbliğ etməkdir,

2. Azərbaycanda demokratik deyil, “siyasi müxalifəti ancaq radikal islamçılar təmsil edir” anlamını ictimailəşdirməkdir.

Bu rəzalətə görə cavabdeh olan “Milli Şura” isə indiki məqamda kölgədə qalmağı tərcih edib. “Hüseyniyyun” təşkilatının terror ayağı ilə yanaşı, siyasi ayağının “Milli Şura”nın olması artıq gün kimi aydın olur. Çünki “mühacir biznesi” patronu AXCP sədri Əli Kərimli məhz “Hüseyniyyun” tipli təşkilatların üzvlərinə Avropada “siyasi mühacir” statusunun verilməsinə himayədarlıq edir. Bu da AXCP və Milli Şuranın tədricən Ermənistanın və digər anti Azərbaycan siyasəti yürüdən dövlətlərin xüsusi xidmət orqanlarının ayrılmaz parçasına çevrilməsinə gətirib çıxarır.

Son zamanlar Azərbaycan KİV-lərində “Milli Şura”nın “Molla Şurası”na çevrilməsi elə bu həqiqətlərin təsdiqi deməkdir. Respublikamızı orta əsrlərin mövhumat bataqlığına və radikal dini qruplaşmaların döyüş meydadına çevirmək hədəfini ortaya atmaq elə “Milli Şura”nın nə qədər antidövlət siyasi kursunun yolunda olduğunu isbatlayır. “Milli Şura”nın tərəfdarlarının demokratik dəyərlərdən daha çox “siyasi və radikal islam”a çevrilməsi dövlətimizə qarşı saplanmış milli xəyanətlərin təməli deməkdir.

“Siyasi mühacirlər” və qrant pullarının qulları

Avropa qanunlarına görə, mühacir statusu alanlar müəyyən müddətdən sonra, ixtisaslarına görə işləməlidirlər. İş tapa bilməyənlərə isə acından ölməmələri üçün müavinət verilir. Avropadakı “siyasi mühacir”lərimizin əksəriyyəti müavinət sayəsində yaşayırlar. Əlavə pul qazanmaq istəyənlər isə Azərbaycan dövləti əleyhində təşkil olunan aksiyalarda yaxından iştirak edirlər. Heç bir səmərəli iş görmədən dövlətimizə qarşı aksiyalarda əllərində plakatlar tutmaqla yanaşı, bağırmaq, hay-küy qoparmaq bu antipodların həyat normasına çevrilibdir. Orduxan Temirxan, Fikrət Hüseynli, Tural Sadıqlı və digərlərinin həyat yolu buna nümunədir.

Ötən il 23 avqust tarixində Almaniyanın kansleri Angela Merkelin Azərbaycana səfəri ərəfəsində Berlində DAS tərəfindən aksiya keçirildi. Bu olaya ilk reaksiya isə, AXCP sədri Əli Kərimlidən gəldi. Ə. Kərtimli DAS-a müraciətində onların bu əməllərini təqdir etdi. O da bir həqiqətdir ki, Azərbaycan dövlətinin əleyhində Avropada son illərdə küçə və meydanlarda plakatların, bannerlərin yapışdırılmasında DAS üzvlərinin də xüsusi əməyi vardır.
Bu gün Avropa üzərindən Azərbaycan dövlətinə qarşı sosxeber.info, sozxeber.com,
europanews.ch, azadliqasigi.wordpress.com, https://www.facebook.com/DAS-173163580040616/ və digər sosial şəbəkələri diqqətlə izlədikdə qeyd etdiklərimiz gün kimi ortaya çıxır.

Ə. Yusifoğlu