Yevgeniya Ovanesova necə “Firəngiz Bədirzadə” oldu? Yevgeniya Ovanesova necə “Firəngiz Bədirzadə” oldu?

Emin və Mehman Hüseynovların anası ermənilərin arasında dəfn olunub- müxbirimiz qəbirstanlıqda şok faktlar aşkarladı

Yevgeniya Ovanesova necə “Firəngiz Bədirzadə” oldu?

“Həbsdə olan blogger Mehman Hüseynovun anası dəfn olundu”- iki il öncə, 2018-ci ilin avqust ayının 7-də ölkənin bir çox kütləvi informasiya vasitələrində bu xəbər başlıqda görsənirdi. Mərhumənin “ictimai fəal” sayılan iki oğlundan biri- Emin xaricdə idi, anasını son mənzilə “Skayp” vasitəsi ilə yola salırdı. Digər övladı, “bloqqer” kimi tanınan Mehman Hüseynov isə dəfndə iştirak etmək üçün həbsxanadan xüsusi icazə ilə buraxılmışdı. Müxalifət liderləri də hüzr yerində idilər. Onlar vəfat etmiş şəxsi el adətincə dəfn etmək yerinə Azərbaycan hakimiyyətinə qarşı nitqlər söyləyirdilər. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “siyasi məhbusların ailələrindən qisas almaq olmaz” dey həbsxanadan xəstə anasını görməsinə izn verilməmiş Mehman Hüseynovun başını sığallayır, Əli Kərimli onun sözünə qüvvət verirdi. Bir qədər sonra meyit götürüldü və mərhumə yüzlərlə müxalifət fəalının müşayiəti ilə son mənzilə yola salındı.

Bu günlərdə 1news. az saytında Emın və Mehman Hüseynovların anasının etnik mənsubiyyəti ilə bağlı şok sənədlər yayıldı. Redaksiyaya daxil olan məlumatda bildirilirdi ki, Emin və Mehman Hüseynov qardaşlarının analarının qızlıq ad-soyadı Firəngiz Bədirzadədir. Onun əsl valideynləri, sənədlərdə göstərilən kimi, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina deyil, sadəcə, onlar tərəfindən övladlığa götürülüb. 1news. az saytını bilgiləndirən qaynaq Firəngiz Bədirzadənin (sonradan Hüseynovanın) arxiv sənədlərini araşdırmış və şok məqamlar üzə çıxarmışdı. Sən demə, onun əsl valideynlərindən biri- anası erməni mənşəli Arfeniya Sergeyevna Ovanesova olub, özü isə Bədirzadə ailəsi tərəfindən övladlığa götürülənə qədər Yevgeniya Qriqoryevna Ovanesova adını daşıyıb. 20 yaşı olarkən- 1967-ci ildə Yevgeniya Qazaxstanın Kustana şəhərindəki nikah dairəsində adını Firəngiz olaraq dəyişdirib.

Bu gün AzNews.az portalının müxbiri adını dəyişdirmiş erməni mənşəli Firəngiz Hüseynova-Bədirzadənin, yəni Yevgeniya Qriqoryevna Ovanesovanın dəfn edildiyi qəbiristanlıqla maraqlanıb. Əməkdaşımız mərasimdə iştirak edən müxalif fəallardan dəqiqləşdirə bilib ki, Ovenesova 2018-ci ilin avqustunda Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və camaat arasında “Tatar qəbiristanlığı” adlanan məzarlıqda dəfn olunub. Müxbirimiz həmin qəbiristanlığa yollanıb.

Qəbiristanlıqda müxbirimizi əməlli-başlı sorğu-suala tutublar. İnkir-minkir deyil, məzarlıq nəzarətçiləri. Bəlkə sadəlövh oxuculara elə gələ bilər ki, məzarlıq nəzarətçilərinin sorğu-sualına səbəb Emin və Mehman Hüseynovanın siyasi fəaliyyəti ilə bağlıdır, amma tələsməyin. Əməkdaşımız aşkar edib ki, sonradan “Firəngiz” adı götürmüş Yevgeniya Qriqoryevna Ovanesova “Tatar qəbiristanlığı” kimi tanınan məzarlığın ermənilər dəfn olunan hissəsində basdırılıb. Həmin məzarlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri var, Ovanesovanın son mənzili də məhz həmin hissədədir (məlum səbəblərdən həmin məzarların fotolarını yaymırıq).

Qəbirdə diqqət çəkən bir neçə məqam var. Birincisi odur ki, mərhumənin adı Firəngiz deyil, “Frəngiz” kimi göstərilib. Bu isə öz növbəsində 1news.az saytında yayılan sənədlərin doğruluğunu təsdiq edir. Bundan əlavə, qəbir daşında göstərilən doğum tarixi də həmin sənədlərlə üst-üstə düşür. Ən düşündürücü məqam isə odur ki, başdaşına soyad həkk olunmayıb. İkincisi, qəbrin üstünə mərhumənin olduqca gənc şəkli vurulub. Bu isə yaşlandığı dövrdə simasında getdikcə daha çox özünü biruzə verən erməni cizgilərini gizlətməyə imkan verir. Nəhayət, “Frəngiz İbrahimqızı”, yəni Yevgeniyanın sinə daşına Azərbaycan bayrağı həkk olunub ki, bunu da iz azdırmağa daha bir cəhd hesab etmək olar.

AzNews.az