Aslan İsmayılovun oğlu Kəmaləddin Heydərovun Moskvadakı yüzmilyonluq biznesində - ŞOK FAKTLAR

Allahverdinin Vaqif adlı "və"dən əvvəl vergül qoyan oğlu MİNİSO RUSİYAya necə "tərəfdaş" olub?

“Aslan İsmayılov” kod adlı Allahverdinin iç üzünə cəmiyyətimiz artıq yetərincə yaxşı bələddir. Tanınmış jurnalist Aygün Muradxanlının onun haqqında hazırladığı sənədli filmdən bir daha bəlli olduğu kimi, adını Allahverdidən “Aslan”a dəyişdirmiş keçmiş vəkil, yumşaq desək, salamat adam deyil. “Salamat adam” dilimizdə doğru, dürüst danışan, güvənilən adamlara deyirlər ki, "Aslan İsmayılov" kod adlı Allahverdinin bir neçə fırıldağı, həm də cəmiyyət qarşısında danışdığı ağ yalanlar bütün ölkəyə məlumdur.

1-ci YALAN: 1993-cü ildə o, sabiq baş prokuror İlyas İsmayılovu Rəsul Quliyevə, Rəsul Quliyevi isə ulu öndər Heydər Əliyevə minnətçi salaraq Milli Məclisdə çıxış etmək fürsəti əldə edir. Tribunaya çıxar-çıxmaz isə, Heydər Əliyev kimi təcrübəli siyasi xadimə Azərbaycanın, müstəqilliyimizin ən ağır günlərində YALAN danışır. Deyir ki, o, guya Rostovda 8 il məhkəmə orqanlarında işləyib. Halbuki, 1983-cü ildə Kubanda aqrar sahə üzrə ixtisaslaşmış və təhsil səviyyəsi aşağı olduğuna görə, dəfələrlə SSRİ Təhsil Nazirliyinin yoxlamalarına məruz qalmış bir universitet bitirən Allahverdi Azərbaycana 1989-cu ildə qayıdıb. Yəni onun “8 il” Rostovda məhkəmə orqanlarında çalışması heç bir halda mümkün deyildi.

2-ci YALAN: 2013-cü ildə Allahverdi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki kampaniyasında əsas təşviqatçılardan biri idi. O, “Azadlıq” qəzetinə verdiyi müsahibədə səsinin cır yerinə salaraq “ya mən bu ölkədə yaşamıram, ya da İlham Əliyev bu ölkənin prezidenti deyil” deyə hayqırır, mitinqdə etdiyi çıxışda Cəmil Həsənliyə “mənim liderim” deyə xitab edirdi. İşin ən tühaf yanı isə bu idi ki, elə Cəmil Həsənliyə “mənim” liderim dediyi mitinqdə Allahverdi Azərbaycan hakimiyyətini “adamyeyən” adlandırır, heç bir elmi titulu olmadığını söyləyirdi. Halbiki o, AMEA-nın fəlsəfə institutunda, yəni AMEA-nın hazırkı prezidenti, o zamanlar Prezident Administrasiyasının rəhbəri olan akademik Ramiz Mehdiyevin ən çox diqqətdə saxladığı bir elmi müəssisədə məlum çıxışından xeyli qabaq dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdı. Tanınmış jurnalist Aygün Muradxanlının aşkarladığına görə, həmin dissertasiya plagiatdır və Rusiyanın Smolensk şəhərində müdafiə olunmuş bir elmi işdən köçürülüb. Görünür elə bu səbəbdən, həmçinin Ramiz Mehdiyevin “dobro”su olmadan heç kimin heç bir dissertasiya müdafiə edə bilmədiyi AMEA-nın Fəlsəfə institutundan necə elmi dərəcə aldığını gizlətmək üçün Aslan İsmayılov mitinq əhlinə ağ yalan danışıb.

3-cü YALAN: O, Prezident İlham Əliyevə bir video müraciətində Azərbaycanın Qazax, Sumqayıt hadisələri ilə bağlı “Qriqoryan işi”ndə soydaşlarımıza ölüm hökmü də daxil olmaqla (konkret olaraq Vaqif Hüseynov adlı şəxsə ölüm hökmü tələb edib) ən ağır cəzalar tələb etdiyi, rəsmi ittihamnamənin it-bata düşdüyü və bu günə qədər üzə çıxmadığı məhkəmə prosesində imperiya prokuroru kimi tutduğu mövqeyə bəraət qazandırmaq üçün yazdığı kitabda isə Gürcüstanın Qardabani rayonunda anadan olduğunu bildirib. Bir insan, əlbəttə, iki fərqli məkanda doğula bilməz. Deməli, Aslan İsmayılov kod adlı Allahverdi ya daha bir dəfə YALAN danışır, ya da o, elmə məlum olmayan, iki fərqli məkanda doğulmağı “bacaran” YENİ CANLI NÖVÜDÜR!

4-cü YALAN: İki fərqli məkanda doğulmağı “bacaran” YENİ CANLI NÖVÜ ötən ilin oktyabrında kiçik oğlu Ziyəddinin müharibədə qulluq etdiyini, qələbədən sonra harada döyüşdüyünü söyləyəcəyini yazırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı qələbə ilə başa çatdıqdan sonra isə məlum oldu ki, Aslan İsmayılovun iki oğlundan heç biri səfərbərliyə cəlb edilməyib, müharibəyə getməyib, tabiri-caizsə, biri Kristina Puşaunun, digəri isə Məryəm Nazaretyanın tumanın altında gizlənib. Ötən ilin noyabrın 18-də qalib Azərbaycan ordusunu hərbi cinayətlərdə suçlayan erməni hüquqşünaslar qrupuna daxil olan Məryəm Nazaretyan adlı vəkilin dövlətimizə qarşı beynəlxalq məhkəmələrdə dava açmaq üçün hazırladığı raportu “Twıtter”di paylaşan Allahverdidən başqa cür davranmasını gözləmək də sadəlövhlük olardı.

Bəli, YALANÇI, yaxud iki fərqli məkanda doğulmağı “bacaran” YENİ CANLI NÖVÜ Allahverdinin iki oğlu var. Kiçiyi Ziyəddin bir neçə ildir ki, mətbuatın və məhkəmələrin gündəmindədir. O, 2019-cu ildə Gürcüstanda Gənc Liderlər Təşəbbüsü adlı QHT tərəfindən həyata keçirilən bir layihənin koordinatoru olub. Həmin QHT-nin və layihənin rəhbəri isə erməni diaspor fəalı Kristina Puşau adlı ABŞ vətəndaşı idi. Allahverdi həmin ərəfədə yazdığı statusda fəxrlə oğlunun Kristina Puşaunu layihəsində KOORDİNATOR olduğunu yazır, ailə çevrəsində “Fransız” ləqəbi ilə çağrılan oğlu Ziyəddin isə erməni diasporunun sözügedən nümayəndəsinə məddahlıq edir, xanımcığazı az qala “mələk” kimi təqdim edirdi.

YALANÇI, yaxud iki fərqli məkanda doğulmağı “bacaran” YENİ CANLI NÖVÜ Allahverdinin birinci oğlu isə Vaqifdir. “Linkedİn” sosial şəbəkəsindəki profilindən məlum olur ki, Vaqif 2015-ci ildən bəri Moskvada fəaliyyət göstərən “MİNİSO” adlı bir şirkətin partnyoru, biznes tərəfdaşıdır. Çox pakizə, bəs, bu şirkət nəmənədir, kimindir?

Şirkətin https://minisolife.ru/ adlı rəsmi saytından məlum olur ki, kompaniya Rusiya paytaxtındakı “Columbus”, “Filion”, “Reçnoy” kimi meqa ticarət mərkəzlərində çox ciddi satış şəbəkələrinə malik olmaqla kifayət qədər böyük dövriyyəyə malikdir. Bəs, Allahverdinin “və”dən əvvəl vergül qoyan oğlu hansı bacarığı, hansı savadı-qabiliyyəti ilə belə böyük bir şirkətdən pay almağa müyəssər olub?

Bu barədə “Google” axtarış sistemində arama aparanda məlum olur ki, şirkət azərbaycanlılara məxsusdur və Moskvada qurulmuş bu meqa şəbəkənin sərmayəsi Azərbaycandan çıxarılan pullardan ibarətdir. Şirkətin sahibi ötən il məşhur oliqarx Telman İsmayılovun bir qohumu ilə “Ferrari” söhbətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etməli olmuş Elmar Heybətov adlı soydaşımızdır. Çin-Yapon mənşəli riteyler mallarını françayzinq əsasında Rusiya bazarına gətirən, lakin biznesi bununla məhdudlaşmayan Elmar qonşu ölkənin mediası üçün də maraqlı personadır. Rusiyanın məşhur “Kommersant” qəzeti də daxil olmaqla onun barəsində şimal mediası dəfələrlə yazıb, hətta bir dəfə 120 milyon pul “itirməsi” barədə sensasiyalı məlumat yayıb. “Kommersant” 23.10.2017-ci ildə yazır:

“Учредитель этой компании экс-гендиректор азербайджанской Alten Group (многопрофильный холдинг, развивающий, в частности, альтернативную энергетику, ритейл, девелопмент) Эльмар Гейбатов в открытых источниках значится как глава Miniso в России. Вчера связаться с ним не удалось. Собеседник “Ъ”, знакомый с бизнесменом, говорит, что «Вэном» является держателем мастер-франшизы Miniso и будет работать с партнерами по субфранчайзингу”.

https://www.kommersant.ru/doc/3447247

Beləliklə, məlum olur ki, Anar Heybətov alternativ enerji sahəsində ixtisaslaşan çoxprofilli “Alten Group” adlı Azərbaycan şirkətinin baş direktoru vəzifəsində çalışıb. “Alten Group” isə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova bağlılığı heç kimə sirr olmayan Gilan Holdinqə daxil olan bir şirkətdir.

https://gilanholding.com/affiliates/Alten-Group/?hl=az

Hazırda AMEA prezidenti olan Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin Fövqalədə hallar naziri Kəmaləddin Heydərovun müavini olmasını da xatırlayanda Aslan İsmayılov kod adlı Allahverdinin Vaqif adlı "və"dən əvvəl vergül qoyan oğlunun yüzmilyonlarla dövriyyəsi olan MİNİSO RUSİYAya necə gedib çıxması sual doğurmur.

Aslan Ismayılovun oğlu Vaqif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə dəstək mitinqində / oktyabr 2013

Sual ancaq onda yaranır ki, görəsən, Aslan İsmayılov kod adlı Allahverdi doğrudan da Ramiz Mehdiyevin kəskin əleyhdarı idisə, PA-nın sabiq rəhbərinin məlumatı, icazəsi, razılığı olmadan AMEA-nın Fəlsəfə institutunda necə “elmi iş”- həm də Aygün Muradxanlının aşkarladığına görə, plagiat bir iş- müdafiə etmişdi?

QEYD: Bu araşdırma Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, iş adamı Elmar Heybətovun əleyhinə olmamaqla, yalnızca “Aslan İsmayılov” kod adlı Allahverdinin Azərbaycan prezidenti İlham Əliyevin gənclərdən ibarət yeni komandasının yüksək ranqlı nümayəndələrinə necə sırındığını üzə çıxarmaq məqsədi daşıyır.

AzNews.az