Aslan İsmayılovun oğlunun "inqilab mələyi" Minsk iğtişaşlarına təşkilatçılıq edib - ŞOK MƏQAM

Erməni diaspor fəalı Kristina Puşaunu Tbilisidən Vilnüsə aparan səbəblər...

Ötən ilin avqust ayının 9-da Belarus Respublikasında prezident seçkiləri keçirildi. Seçkilərin rəsmi nətəcisinə görə, Belarus prezidenti 80% civarında səs alaraq öz postunu yenidən qorudu. Müxalifətin namizədi Svetlana Tixonovskaya isə seçkilərdə qalib gəldiyini iddia edərək ölkədə iğtişaşlar saldı, 2 gün sonra isə Livaya qaçdı. Prezident Aleksand Lukaşenko həmin günlərdə qonşuları Litvanı Belarusun daxili işlərinə qarışmaqda ittiham etdi. Soyuq Belarusun "qora bişirməyən" avqust ayında siyasi tempraturun kəskin yüksəlməsi üçün Litvanın paytaxtı Vilnüsdə "anti-Lukaşenko" qərargahının qurulduğu heç kimə sirr qalmadı.

Həmin aylarda Litva paytaxtına təşrif buyuraraq Belarusdakı proseslərə əl atan isimlərdən biri də adı Azərbaycan cəmiyyətinə artıq yaxşı tanış olan Kristina Puşau adlı ABŞ vətəndaşı idi. 2012-ci ildə ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olmuş Puşau bir neçə ildir ki, Gürcüstana köçmüş, orada "Gənc Liderlər Təşəbbüsü" adlı QHT yaradaraq çeşidli layihələr həyata keçirirdi. Keçmiş vəkil Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılovun azərbaycanlılar üzrə koordinator olduğu həmin layihələr Corc Sorosun "narıncı inqilab"çısı Mixail Saakaşvilinin Ukraynadakı iqamətgahına qədər uzanırdı.

Budur, erməni diaspor fəalı "Linkedİn" sosial şəbəkəsində bildirir ki, o, 2020-ci ilin mayından avqustuna, yəni Belarusda "məxməri inqilab" projesi iflasa uğrayana qədər Litvanın paytaxtı Vilnüsdə fəaliyyət göstərib.

Kirstina Puşaunun yaydığı məlumata görə, erməni diaspor fəalı orada Rusiyanın 50 müxtəlif regionundan gəlmiş PARNAS kimi müxalif partiyaların nümayəndələrinə YARIMŞTAT seminar keçib. Görünür, gününün bir hissəsini Rusiyada "Navalnıy etirazları"nı hazırlamağa, digər hissəsini isə Belarusu qarışdırmağa sərf edirmiş.

Kristina Puşau erməni diasporunun nümayəndəsi kimi, Azərbaycan cəmiyyətində ifşa olunmuş fiqurdur. 2019-cu ildə Puşau, Puşaunun Tbilisidə həyata keçirdiyi layihə və keçmiş vəkil Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılovun həmin layihədə koordinator olması barədə AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı tərəfindən açıq internet qaynaqlarında əks olunan faktlar üzə çıxarılıb. Araşdırmanın yayımlanmasından təxminən bir il sonra Belarusda kütləvi iğtişaşlar baş verən ərəfədə Aslan İsmayılov Baş redaktoru həbs etdirmək üçün xüsusi ittiham qaydasında məhkəməyə verib. Görünür, erməni diasporu belə hesab edirmiş ki, Belarusda baş tutacaq "məxməri inqilab" dalğasını Azərbaycana transfer etmək lazımdır. Lakin xoşbəxtlikdən Lukaşenkonu devirmək sorosçulara nəsib olmadı. Azərbaycanda isə ötən il 27 sentyabrında "Dəmir yumruq" əməliyyatı həyata keçirildi və erməni işğalçıları Qarabağdan it kimi qovuldu. Məhz bu olaydan sonra Kristina Puşau da Gürcüstandan qaçdı, ABŞ-a döndü. Lakin görünür, erməni diasporu Azərbaycanı qarışdırmaq iddiasından hələ də vaz keçməyib. Belə ki, Aslan İsmayılov Taleh Şahsuvarlıya qarşı Binəqədi rayon məhkəməsində artıq icraata götürülmüş xüsusi ittiham qaydasındakı ddia ərizəsi ilə bağlı məhkəmə iclasında tutuquşu kimi ancaq bir cümləni təkrarlayır: "Kristina Puşau heç zaman Erməni Tələbələr Cəmiyyətinin üzvü və sədri olmayıb".

Buyurun, baxın: Aslan İsmayılov kod adlı Allahverdi məhkəmələrdə saxtakarlıq edir, erməni diaspor nümayəndəsini maraqlarını qoruyur, yoxsa necə?

https://ccsddinternblog.wordpress.com/intern-biographies/2015-2016-intern-biographies

Bəli, Kritsina Puşaunun Erməni Tələbələr Cəmiyyətinin üzvü və rəhbərlərindən olmasını çox sayda bioqrafik məlumatlar, linklər, fotolar deyir.

Bəs, "Aslan İsmayılov" kod adlı Allahverdinin marağı nədir ki, o, erməni diasporunun ölkəmizə uzanan layihələrini ifşa etdiyi üçün bir baş redaktoru həbs etdirmək istəməsi bir yana, Kristina Puşaunu təbliğ etməkdən usanmır?

Bəli, o, bu məhkəmə prosesi ilə hakimləri, dövlət məmurlarını, dövlətin özünü şantaj edərək Kristina Puşaunu "təmizə çıxarmaq", bununla, ayağını Azərbaycana açmaq istəyir.

Amma öz aramızdır, canıyanmışın qəşəng ayaqları var...

AzNews.az