“Kölgə iqtisadiyyatı dünyanın bütün ölkələrində var”. “Kölgə iqtisadiyyatı dünyanın bütün ölkələrində var”.

“Kölgə iqtisadiyyatının səbəbi...” – ekspert

“Kölgə iqtisadiyyatı dünyanın bütün ölkələrində var”.

Bunu AzNews.az-a iqtisadçı-ekspert Cəfər İbrahimli prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanda kölgə iqtisadiyyatının olması rəsmi şəkildə qəbul olunub və bunun azaldılması üçün işlər aparılır: “Kölgə iqtisadiyyatının olmasının səbəbi insanların sosial ödənişlərdən yayınmasıdır. Siz gəlirlərinizi olduğundan az göstərirsinizsə, daha az vergi və sosial müdafiə fonduna daha az ödəniş edəcəksiniz. Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün bəzi məcburi tədbirlər görülür. Amma elə üsullar tətbiq olunmalıdır ki, biznes dünyasında olan insanlar özləri kölgə iqtisadiyyatından imtina etsinlər. Bunun üçün vergilərdə və sosial ödənişlərdə müəyyən güzəştlər tətbiq edilə bilər. Vergilər Nazirliyinin verdiyi açıqlamadan da belə başa düşüldü ki, artıq bu stimullaşdırıcı üsullardan da istifadə olunacaq”.

Eskpert həm də bildirib ki, sağlam rəqabətin yaranması biznes mühitinə yaxşı təsir edəcək: “Rəqabət şəraitinin yaranması biznes qurumları və şirkətlər üçün də əlverişlidir. Belə olduğu halda, rəqabət daha çox inkişafa yönəlir. Bu inkişaf da şirkətlərin daha uzun müddət ayaqda qalması üçün və dünya biznesinə qoşulmaq üçün əsaslı şərait yaradır. Rəqabət olmadığı zaman güclülər zəifləri sıxışdırıb çıxardır və monopol bazar yaranır. Monopol bazarda isə inkişaf zəif olur. Azərbaycan son zamanalarda qanunvericilikdə olan dəyişikliklər və digər proseslərdə hiss olunur ki, biznes və rəqabət mühitinin yaxşılaşdırılması üçün tədbirlər aparılır”.

Qeyri-neft sektoru haqqında danışan iqtisadçı bunları deyib: “Neft Allahın bizə verdiyi məhsuldur və nə qədər bol olsa, o qədər yaxşıdır. Əsas odur ki, neftin bu imkanlarından istifadə edərək, qeyri-neft sektorunu gücləndirək. Əsas məsələlərdən biri də budur ki, ölkə özünü təmin edəcək gücə gəlib çıxsın. Yəni digər ölkələrdən alacağımız məhsullar ölkəmizdə istehsal olunsun. Bu işlər qısa müddətdə həll olunmur, amma əsas budur ki, bu sahənin inkişafı üçün bizdə işlər görülür. Neftin ümumdaxil məhsuldakı payının nə vaxt 40% düşəcəyini deyə bilmərik. Amma elə etmək lazımdır ki, qeyri-neft sektorunda istehsal olunan mal və xidmətlər həm daxilii təlabatı qarşılasın, həm də ixraca yönəlsin. Neftin çox olması qeyri-neft sektorunun inkişafı üçün iş görülməməsi demək deyil. Hər iki sahənin öz işi var, müştəri qrupu var və o sahədə işini qurmalıdır”.

Cəfər İbrahimli vurğulayuıb ki, dünyada baş verən proseslər və qonşu ölkələrdə valyutanın dəyərinin düşməsi Azərbaycana o qədər də mənfi təsir göstərməyib: “Bu mənada ölkədə iqtisadi dayanıqlılığın olduğunu görə bilərik. Amma yenə də, bu, yetərli deyil və bu dayanıqlılığı təmin etmək üçün yetərli qədər yol qət etməliyik”.

Nigar CƏFƏR

AzNews.az