Ölkələr arasında qida təhlükəsizliyi sahəsində əlaqələr inkişaf edəcək Ölkələr arasında qida təhlükəsizliyi sahəsində əlaqələr inkişaf edəcək

AQTA sədri Peru səfiri ilə görüşüb

Ölkələr arasında qida təhlükəsizliyi sahəsində əlaqələr inkişaf edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Peru Respublikasının xanım Mariya Milaqros Kastanyon Seoane ilə görüşüb.

Görüşdə ölkələr arasındakı iqtisadi əlaqələr və son illər Azərbaycan və Peru arasında inkişaf edən idxal əməliyyatları barədə geniş fikir mübadiləsi aparılıb.

AzNews.az AQTA-ya istinadən xəbər verir ki, Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında xanım Seoaneyə məlumat verib və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.

Ölkəmizə Perudan tunes balığı məhsulları, canlı bitkilər, tərəvəz və tərəvəz qarışıqları, meyvə və giləmeyvələr, kofe, müxtəlif toxumlar, paxlalılar, makaron məmulatları və digər qida məhsullarının idxal olunduğunu diqqətə çatdıran Agentlik sədri Azərbaycan və Peru arasındakı iqtisadi əlaqələrin inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb.

Mariya Milaqros Kastanyon Seoane ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Səidə Nurməmmədli,

AzNews.az

image description