Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ daha bir şirkətə müddətsiz lisenziya verdi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

İclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilmişdir.

İclasda eyni zamanda “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılmış, “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən DİGİTÜRKə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilmiş və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib.

İclasda həmçinin “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılmış və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

AzNews.az