Komitə Ermənistan mənşəli kartofların ölkəyə gətirilməsi iddialarına cavab verib Komitə Ermənistan mənşəli kartofların ölkəyə gətirilməsi iddialarına cavab verib

Gömrük Komitəsi "kartof ittihamı"nı qəbul etmədi: "Ağ yalandır"!

Komitə Ermənistan mənşəli kartofların ölkəyə gətirilməsi iddialarına cavab verib

Bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumatda ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verildiyi bildirilib.

Qeyd olunub ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.

Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür.

Ümumiyyətlə, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir.

Nigar CƏFƏR

AzNews.az