Bakıda milli ornamentləri özündə əks etdirən qalstuklar satılır Bakıda milli ornamentləri özündə əks etdirən qalstuklar satılır

Bakıda 150 manatdan başlayan "milli qalstuklar" - FOTO

Bakıda milli ornamentləri özündə əks etdirən qalstuklar satılır

Bu mağazanın qalstukları öz fərqliliyi ilə yanaşı, qiymətləri ilə də adamı təəccübləndirir.

Əldə etdiyimiz məlumata görə Bakıda Qarabağ adından istifadə edərək özünə imic yaradan, qazanc əldə edən “Andrew`s Ties Baku” adlı mağaza fəaliyyət göstərir.

Mağazanın sosial şəbəkələrdəki paylaşımlarına yazılan şərhlərdən belə aydın olur ki, alıcı qiymətlərin baha olmasından şikayətçidir. Belə ki, bu qalstukların qiyməti 150 manatdan başlayır. Bu qiymətlər də əsasən milli ornamentləri özündə əks etdirən məhsullara aiddir.

Alıcıların fikirlərinə görə, mağaza yüksək qiymətə satılan məhsulları əslində aşağı qiymətlərə sataraq daha çox alıcı kütləsi toplayaraq, eyni zamanda Qarabağ adlı brendin tanınmasına vasitəçi ola bilərlər.

AzNews.az mağazanın satış məsləhətçisi Günel Salahova ilə əlaqə saxlayıb:

“Milli kolleksiyamız özəl sifarişlə gəlir. Pasportu ilə birgə təqdim olunur. Bu məhsullar yalnız bizim mağazadadır. Qiymətlərə gəldikdə, digər mağazalara nisbətdə qiymətlər normaldır. Çünki qalstuklarımız İtaliya istehsalıdır və buna görə də qiymətləri normal qəbul etmək olar. Endirimlərimiz də olur, bu barədə səhifəmizdə məlumat yerləşdiririk”.

Qeyd edək ki, “Qarabağ” seriyası qalstukların üzərində tar, kaman, qaval, dəbilqə, Qarabağ atlarının rəsmi, işğal altındakı rayonların adları, xarı bülbül gülü, Qarabağ xalçalarının ornamentləri əks olunub.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description