Qazaxıstanlı jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub. Qazaxıstanlı jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti səmərəli müzakirələr aparıb

Qazaxıstanlı jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) ilə Qazaxıstanın bir sıra QHT və ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair səmərəli müzakirələr aparılıb.

AzNews.az xəbər verri ki, cəmiyyət sədri Orxan Həsənoğlu Almatı şəhərində Qazaxıstanın Türkcə Danışan Jurnalistlər Şurası, Abay Dövlət Universiteti və Əl Fərabi adına Qazaxıstan Milli Universitetində görüşlər keçirib. Görüşlərdə məqsəd Azərbaycanın tanıdılması və Qazaxıstanın latın qrafikalı əlifbaya keçid mərhələsində ortaq fəaliyyətlərə aid proqramlar reallaşdırmaq üçün birgə layihələr üzərində imkanları təhlil etmək olub.

Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı həyata keçirilən böyük layihələr, ulu öndər Heydər Əliyevin bu istiqamətdə qəbul etdiyi qətiyyətli qərarların nəticələri, o cümlədən Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub. Azərbaycanın təcrübəsinin qardaş ölkə ilə paylaşması və gələcəkdə universitetlərin bu proseslərdə rolundan bəhs olunub.

Səfər çərçivəsində Orxan Həsənoğlu, həmçinin Qazaxıstanın aparıcı qəzet və xəbər agentliklərinin əməkdaşları ilə görüşüb. Qazaxıstanlı jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub.

Almatı televiziya kanalına müsahibə verən O.Həsənoğlu Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin fəaliyyətindən və məqsədlərindən geniş bəhs edib. Bildirib ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, elm sahəsində də böyük uğurlar əldə edib. Ölkəmizdə son illərdə mühüm beynəlxalq elmi-praktik konfranslar keçirilib. Artıq Azərbaycan dünya elm cəmiyyətinə inteqrasiyada mühüm addımlar atan və təhsildə vacib islahatlar həyata keçirən ölkələrdən biri kimi tanınmaqdadır. Cəmiyyət sədri deyib ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi bu vaxta qədər həllini tapmasa da, ölkəmiz öz sülhməramlı niyyətini əzmlə qorumaqdadır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və təcavüzkar Ermənistan bizim tarixi torpaqlarda qurulan oyuncaq bir dövlətdir. Əldə olunan uğurlar və həyata keçirilən transmilli layihələr Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair ümidləri artırır.

Həmçinin ulu öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründən daim Qazaxıstan Respublikasına və xalqına olan qayğısından söz açılıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında tarixi bağlar, qardaşlıq və dostluq münasibətləri bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

AzNews.az

image description image description