Yarmarkadakı məhsullar əsasən bölgələrdən gətirilir - Koordinator

Qiymətlərin dəyişdirilməməsinə ciddi nəzarət olunur.

Xəbər verildiyi kimi Bakı şəhərinin bir çox yerlərində Novruz Bayramı ilə bağlı yarmarkalar fəaliyyətə başlayıb.

AzNews.az “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda qurulan yarmarkadakı vəziyyətlə tanış olub.

Yarmarkanın koordinatoru Təvəkkül Məmmədov saytımıza verdiyi açıqlamasında bildirib ki, yarmarka mart ayının 2-dən 21-dək fasiləsiz olaraq təşkil olunacaq:

"Yarmarkadakı məhsullar əsasən bölgələrdən gətirilir. Biz sahibkarlara nəqliyyat və daşınmada dəstək oluruq. Onlara yarmarkada pulsuz tərəzi, yer, xalatlar və paketlər təşkil edirik. Buradakı qiymətlər bizim tərəfimizdən müəyyənləşdirilib və bazar qiymətindən 25-30% aşağıdır".

T. Məmmədov həmçinin bildirib ki, qiymətlərin dəyişdirilməməsinə ciddi nəzarət olunur:

“Çalışırıq ki, bayram günlərində hamı öz süfrəsini bu məhsullarla təmin edə bilsin”.

Vətəndaşlardan aldığımız müsahibələrdə onlar qiymətlərin münasib olduğunu bildiriblər.

Cavidan

AzNews.az

image description image description image description image description image description