Bunlar son beş il ərzində xüsusilə məşhurlaşmış bacarıqlardır Bunlar son beş il ərzində xüsusilə məşhurlaşmış bacarıqlardır

İşəgötürənlərin ən çox tələb etdikləri bacarıqların siyahısı açıqlandı - TOP-10

Bunlar son beş il ərzində xüsusilə məşhurlaşmış bacarıqlardır

Bir çox insan iş tapmaq üçün hansı bacarıqların faydalı olacağı haqqında düşünür. Bu sual yalnız iş axtaranları deyil, həm də gələcək ixtisası seçənləri və işəgötürənləri narahat edir.

İşgüzar əlaqələrin qurulması üçün yaradılmış "LinkedIn" sosial şəbəkəsinin mütəxəssisləri tərəfindən "Skills in Future" adlı yeni hesabat hazırlanıb. Onlar dünyanın ən dinamik inkişaf edən regionu – Asiya-Sakit okean regionunun peşəkar ictimaiyyətin 600 milyondan çox üzvünün məlumatlarını toplaya biliblər. Bu məlumatları təhlil etdikdən sonra ekspertlər işə qəbul zamanı qiymətləndiriləcək lazımi bacarıqların siyahısını tərtib ediblər.

Bunlar son beş il ərzində xüsusilə məşhurlaşmış bacarıqlardır. Onlar həm işçi axtaran şirkətlərin potensial əməkdaşları tərəfindən, həm də işəgötürənlər arasında tez-tez xatırlanır. (APA)

İş axtarışı zamanı ən çox tələb olunan bacarıqlar:

#

Bacarıq

Vəzifələr

1

Süni intellekt

  • Biznes-analitik
  • Məlumatla iş üzrə alim
  • Proqram mühəndisi

2

Blokçeyn

  • Blokçeyn üzrə mütəxəssis
  • Texniki direktor
  • Məsləhətçi

3

Normativlərə uyğunluq

  • Məlumatların emalı və təhlili
  • Normativ hüquqi uyğunluğa nəzarət üzrə mütəxəssis
  • Risklərin idarə edilməsi üzrə mütəxəssis

4

Davamlı inteqrasiya

  • İnteqrasiyanın hazırlanması və istismar üzrə mütəxəssis
  • Texnologiya mühəndisi
  • Proqram mühəndisi

5

Müştəri tətbiqlərinin hazırlanması

  • Müştəri tətbiqlərinin hazırlanması üzrə mütəxəssis
  • Texnologiya mühəndisi
  • Veb-mütəxəssis

6

Jestlərin tanınması texnologiyası

  • Mobil platformalar mühəndisi
  • Tədqiqatçı
  • Proqram mühəndisi

7

İnsana yönəlmiş dizayn

  • Qrafik dizayner
  • Məhsullar üzrə dizayner
  • İstifadəçi təcrübəsinə əsaslanan dizayner

8

Robotlaşdırılmış proseslərin avtomatizasiyası

  • Biznes-analitik
  • Məsləhətçi
  • Robot texnikası üzrə mütəxəssis

9

Sosial media marketinqi (SMM)

  • Rəqəmsal marketinq üzrə mütəxəssis
  • Marketinq üzrə menecer
  • SMM üzrə menecer

10

Sənəd dövriyyəsinin avtomatlaşdırılması

  • Məsləhətçi
  • Layihə meneceri
  • Proqram mühəndisi