O, birdəfəlik maddi yardımla əlaqədar mərkəzin xidmətindən faydalanıb O, birdəfəlik maddi yardımla əlaqədar mərkəzin xidmətindən faydalanıb

“DOST” mərkəzində 10 mininci müraciətin sahibinə hədiyyə verildi

O, birdəfəlik maddi yardımla əlaqədar mərkəzin xidmətindən faydalanıb

İyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinə 10 mininci vətəndaş müraciəti qeydə alınması ilə əlaqədar tədbir keçirilib.

Həmin müraciət paytaxtın Səbail rayon sakini Mehman Nəsibov tərəfindən edilib. O, birdəfəlik maddi yardımla əlaqədar mərkəzin xidmətindən faydalanıb.

Bununla əlaqədar olaraq DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 10 mininci müraciətin sahibi Mehman Nəsibova təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. III qrup əlillik dərəcəsi olan Mehman Nəsibov dövlət sosial xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən mərkəzin fəaliyyətindən, burada göstərilən xidmətdən razı qaldığını bildirib. (Azərtac)