Bu ilin sonuna qədər Şəmkirçay sutəmizləyici qurğunun inşasının başa çatdırılması nəzərdə tutulub Bu ilin sonuna qədər Şəmkirçay sutəmizləyici qurğunun inşasının başa çatdırılması nəzərdə tutulub

"Azərsu": Şəmkirçay sutəmizləyici qurğusunun inşası bu il başa çatdırılacaq

Bu ilin sonuna qədər Şəmkirçay sutəmizləyici qurğunun inşasının başa çatdırılması nəzərdə tutulub

Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, qurğu istifadəyə verildikdən sonra Gəncə şəhərinin, Samux və Şəmkir rayonlarının, təxminən, 300 min sakininin içməli su ilə təminatı yaxşılaşacaq.

"Qurğunun məhsuldarlığı sutkada 140 min kubmetr olacaq. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib", - deyə o əlavə edib. (Report)