Bu, iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək Bu, iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək

Azərbaycanın bu birliyə üzvlüyü tövsiyyə olunmur - Vüqar Bayramov

Bu, iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) araşdırdığı daha bir elmi tədqiqat ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında nəşr edilib.

Bu barədə AzNews.az-a mərkəzin rəhbəri Vüqar Bayramov məlumat verib. O bildirib ki, mərkəz bu araşdırmasında Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirlərini qiymətləndirilib:

“CESD tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarov ilə birgə hazırladığımız “Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi” (Economic effects estimation for the Eurasian Economic Union: Application of regional linear regression) adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında yayımlanıb. Elsevir nəşriyyatı tərəfindən nəşr edilən və “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan bu jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab olunur.

Araşdırmamızda Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Eyni zamanda, Azərbaycanın birliyə potensial üzvlüyünün eknometrik dəyərləndirilməsi aparılıb. Modelin nəticələri və eləcə Azərbaycanın iqtisadi və xüsusən də Rusiyadan asılı olmayan enerji siyasəti üzrə aparılan təhlillər göstərib ki, ölkəmiz birliyə üzv olarsa, bu, iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək. O baxımdan da ekonometrik və statistik təhlillərə əsaslanaraq Azərbaycanın birliyə üzvülüyü tövsiyyə olunmur”.

Bahar RÜSTƏMLİ

AzNews.az