A. Əsgərli layihəyə verdiyi dəstəyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirdi A. Əsgərli layihəyə verdiyi dəstəyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirdi

Bakıda təlimçilər üçün təlim kursuna başlandı - FOTO

A. Əsgərli layihəyə verdiyi dəstəyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirdi

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə start verildi.

Beləki 4 regionda - Biləsuvar, Sabirabad, Qazax və Şəmkir rayonlarında keçirilmiş dövlət qulluğu üzrə təlim – informasiya sessiyasından xüsusi qiymətləndirmə və kriteriyalara uyğun seçilmiş ən bacarıqlı və bilikli 20 fəal gənc liderin iştirakı ilə Bakı şəhərində “Təlimçilər üçün təlim” (TOT) kursu öz işinə başladı.

15 avqustda “Royal” Otelin konfrans zalında keçirilən TOT kursunun rəsmi açılışında Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi.

TOT kursunu açıq elan edən A. Əsgərli layihəyə verdiyi dəstəyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirdi və bu layihənin region gənclərinə, onların dövlət qulluğu sahəsində maariflənməsi və bu sektora təşviqin yaranması baxımından əhəmiyyətini qeyd etdi.

Azərbaycan Gənclər Fondunun prioritet istiqamətləri və son illər bu sahədə həyata keçirilən uğurlu layihələrdən danışan S. Hüseynov ADTGT-nin həyata keçirdiyi bu maarifləndirici layihənin xüsusi əhəmiyyətini vurğuladı və gələcəkdə burada yetişəcək yerli təlimçi-ekspertlərin regionlarda gənclər təlim vermək baxımından geniş imkanları olacağını da qeyd etdi.

TOT kursunun geniş proqramla davam edəcəyini və sonda iştirakçılara müxtəlif metodiki vəsaitlərin veriləcəyini bildirən G. Bağırova 8 gün ərzində region gənclərinin zəngin bilik və bacarıqlara yiyələcəklərini bildirdi.

Sonra D. Əhmədli tərəfindən interaktiv metod və vasitələrlə təlim kursuna başlanıldı və geniş, təqdimat, məlumatlandırma və müzakirələrlə TOT davam etdirildi.

Avqustun 23-dək davam edəcək TOT kursunun sonunda iştirakçılar sınaq imtahanı verəcək, xüsusi qiymətləndirmə və anket sorğuları dolduracaq və yekunda yerli statuslu təlimçi-ekspert sertifikatına yiyələnməklə, gələcəkdə regionlarda həmkarlarına bu mövzuda təlim aparmaq imkanı qazanacaqlar.

AzNews.az

image description image description image description image description image description