Hərbi ekspert Emin Həsənli: Ordumuza sahib çıxıb, müdafiə etməliyik Hərbi ekspert Emin Həsənli: Ordumuza sahib çıxıb, müdafiə etməliyik

Qırıcıların quşla toqquşması - tarix faktlarla doludur

Hərbi ekspert Emin Həsənli: Ordumuza sahib çıxıb, müdafiə etməliyik

Müdafiə Nazirliyi avqustun 22-də “MİQ-29" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi qırıcının havada quş sürüsü ilə toqquşması olub.

Təyyarələrin quşlarla toqquşması üzündən qəzaya uğraması ilk hadisə deyil və təəssüf ki, son da olmayacaq.

İCAO-nun (İnternational Civil Aviation Organization - Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci illərdə 42508 belə hadisə qeydə alınıb.

Bu barədə report.az xarici mənbələrə istinadən bildirib ki, belə toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətilə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən 3 dəfə çoxdur. Üstəlik, təyyarənin məhz ön hissəsində pilot kabinasının şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.

azerbaycanda uçak düştü ile ilgili görsel sonucu

“Yeni Müsavat” sahə üzrə xarici mənbələrə istinadən bildirir ki, quş zərbələrinin əksəriyyəti təyyarələrin enməsi və qalxması zamanı baş verir. Buna görə də hava limanlarında quşların ərazidən uzaqlaşdırılması üçün xüsusi işçilər saxlanılır. Hərbi uçaqlara gəlincə isə onların da quşlarla çarpışması riski böyükdür. Xüsusilə də aşağıdan uçan qırıcıların quşla çarpışması faciə ilə nəticələnə bilir. Məlumatlara görə, aviasiyada son 40 ildə quş çarpması nəticəsində 7 ölümlü təyyarə qəzası baş verib. Bu qəzalar nəticəsində 214 nəfər həyatını itirib. Ötən il avqustun 21-də İsveçin “Jas 39 Gripen” qırıcı təyyarəsi də qəzaya uğrayıb. İsveç Silahlı Qüvvələrindən bildiriblər ki, “Jas 39 Gripen” Blekinge vilayətində F17 uçuş donanması yaxınlığında quşla toqquşub. Toqquşmadan sonra pilot vaxtında təyyarəni tərk edə bilib, təyyarə isə meşə zonasına düşüb. Bu ilin may ayının 15-də ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafəli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən “F-35B” hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub. Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil “F-35 Joint Strike” tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı 2 milyon dollar məbləğində maddi ziyan dəyib. Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər 2 pilot ölüb.

Emin Həsənli ile ilgili görsel sonucu

Hərbi ekspert Emin Həsənli bildirib ki, bu cür hadisələrdən heç bir dünya ordusu sığortalanmayıb: “Bu yaxınlarda Rusiyada da təyyarənin quşla toqquşması hadisəsi baş verdi. Bundan öncə də dəfələrlə olub ki, toqquşma nəticəsində təyyarənin mühərriki sönüb. İstər Amerika, istər İsrail, istərsə də qardaş Türkiyənin hərbi hava qüvvələrində bu cür qəzalar baş verib. Ona görə də məlumatı olmayan, araşdırma aparmayan bu cür məsələlərlə bağlı fikirləri yayındırmaq lazım deyil. Hətta mən baxırdım ki, pilot axtarılan zaman da məlumatsız insanlar yazırdılar ki, niyə bu qədər gec nəticə oldu. Dünyanın bir çox ölkələrində bu cür axtarışlar üçün digər dövlətlərə müraciət hallarına rast gəlinir. Hətta dünyada elə hadisələr olub ki, təyyarə bir neçə aydan sonra tapılıb. Ona görə də faktı, hadisənin mahiyyətini bilmədən qərəzli məlumatlar yaymaq olmaz. Bu məlumatları yayan mənbələr bir neçə qrupa bölünür. Birinci qrup ölkəmizi, silahlı qüvvələrimizi istəməyən dairələrdir. Onlar Azərbaycan ordusunu xalqın gözündən salmağa çalışırlar. Xüsusilə də ordu rəhbərliyinə qarşı etimadsızlıq yaratmağa çalışırlar. Ona görə də vətəndaşlarımız bu məsələdə diqqətli olmalı, hər yayılan məlumata inanmalı deyillər. Bu, çox həssas bir məsələdir. İnformasiya məkanına müharibə bir an belə dayanmır. Düşmən Azərbaycana qarşı sosial şəbəkələr üzərindən çirkin kampaniyalar aparır.

azerbaycanda uçak düştü ile ilgili görsel sonucu

İkinci qrup mənafeyini güdənlər ordu, şəhid məsələsinə qarşı çox üzücü mövqe sərgiləyirlər. Bir zamanlar Milli Qəhrəman Mübariz İbrahimovla bağlı da bu cür halın şahidi olduq. Ordu ilə bağlı fərqli mövqe olmalı deyil. Çünki ordu nə iqtidarındır, nə də müxalifətin. Ordu bütövlükdə dövlətindir. Ola bilməz ki, sən dövləti, bayrağı, sevəsən, ordunu sevməyəsən. Vətəni sevən, şəhidini də sevər. Bu məsələlərə həssas yanaşmalı, ordunu siyasiləşdirməli deyilik.

Üçüncü vətəndaş qrupumuz da var ki, onlar sadaladığım tərəflərin təsir dairəsinə düşürlər. Ancaq sonrada faktları görüb peşman olurlar və özləri etiraf edirlər ki, düzgün mövqe sərgiləməyiblər. Düşmən 2016-cı ildə Azərbaycan ordusu tərəfindən aldığı zərbənin psixoloji təsirindən çıxa bilmir. Ona görə də informasiya müharibəsində bu cür faktlardan bizim əleyhimizə istifadə edirlər. Hər birimiz bu məsələdə həssas olmalı, ordumuza, pilotumuzun ailəsinə dəstək olmalıyıq. Ordumuza sahib çıxıb, müdafiə etməliyik. Tənqid başqa şeydir, böhtan isə başqa. Orduya, onun rəhbərliyinə böhtan atmaq olmaz". (“Yeni Müsavat”)