Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi

Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.

Nazirlikdən verilən məlumata görə, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək, şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər.

Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb.