Tədbirin sonunda iştirakçıların bəyanatı yayılacaq Tədbirin sonunda iştirakçıların bəyanatı yayılacaq

“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - Bakıda böyük tədbir

Tədbirin sonunda iştirakçıların bəyanatı yayılacaq

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilir.

Tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə geniş yayılan söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.

Tədbirin sonunda iştirakçıların bəyanat yayacağı gözlənilir. (Report)