Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub

Bakıda ağacın dibini betonladılar - insanlığa sığmayan hərəkət

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.

AzNews.az