TCMB pul siyasəti faizini 19.75%-dən 16.50%-ə endirmişdi TCMB pul siyasəti faizini 19.75%-dən 16.50%-ə endirmişdi

Türk Lirəsinə təsir edə biləcək faiz qərarı açıqlanacaq

TCMB pul siyasəti faizini 19.75%-dən 16.50%-ə endirmişdi

Türkiyə Mərkəzi Bankının (TCMB) 24 oktyabr 2019-cu il tarixində növbəti yığıncağı keçiriləcək.

Türkiyə Mərkəzi Bankının faizdə dəyişiklik edəcəyini gözləməyənlər də var, 150 bənd endirim gözləyən də...

"Bloomberg"in sorğusuna qatılan 25 təşkilatın proqnozu pul siyasəti faizinin 100 bənd endirilərək 15.50% olacağı istiqamətindədir.

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini iyul ayı yığıncağında 425 bənd endirərək 25%-dən 19,75%-ə, sentyabr ayı yığıncağında isə 325 bənd endirərək 19.75%-dən 16.50%-ə endirmişdi.

TCMB sədri Murat Uysal keçən ay verdiyi açıqlamada bu il nəzərdə tutduqları faiz endiriminin böyük hissəsini iyul və sentyabrda reallaşdırdıqlarını bildirmişdi. Son dövrdə Türk Lirəsində yaşanan dalğalanma vəziyyəti qarışıq hala gətirib.

75 BƏND ENDİRİM GÖZLƏNTİSİ

Qlobal maliyyə şirkətləri "Morgan Stanley" və "Goldman Sachs" Türkiyə Mərkəzi Bankının bu həftə faizləri 75 faiz bəndi azaldaraq 16.50%-dən 15.75%-ə endirəcəyini gözləyir.

100 BƏND ENDİRİM PROQNOZU

"Standard Chartered", "JP Morgan Chase", HSBC, "Danske Bank" və "Bank of Nova Scotia" Türkiyə Mərkəzi Bankından bu həftə 100 bənd faiz endirim gözləyirlər.

DƏYİŞİKLİK GÖZLƏMƏYƏNLƏR

"Citibank", "Barclays" və ING Türkiyə Mərkəzi Bankının dəyişikliyə getməyərək pul siyasəti faizini 16.5%-də sabit saxlayacağını gözləyirlər. (Marja)

AzNews.az