Tarixlər verildi Tarixlər verildi

Dünya iqtisadiyyatında bu həftə nələr gözlənilir?

Tarixlər verildi

AzNews.az bu həftə ərzində dünya iqtisadiyyatında gözlənilən vacib hadisələrin siyahısını təqdim edir:

23 Oktyabr

“Facebook Inc.”in Baş direktoru Mark Zukerberq Libra ilə əlaqədar ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə ifadə verəcək.

24 Oktyabr

Cümə axşamı Avropa Mərkəzi Bankının faiz dərəcəsi qərarı elan olunacaq. Eyni zamanda Mario Draqanın AMB-nın sədri postunda son mətbuat konfransı baş tutacaq.

“Moody’s Investors Service”in Rusiya və MDB ölkələri üzrə illik konfransı keçiriləcək.

XII Avrasiya İqtisadi Forumu Veronda (İtaliya) işinə başlayacaq. Forun 25 oktyabr tarixində də davam edəcək.

25 Oktyabr

Rusiya Mərkəzi Bankının faiz dərəcəsi qərarı elan olunacaq. Uçot dərəcəsinin 7%-dən 6,75%-dək düşməsi proqnozlaşdırılır.

AzNews.az