Qonaqlar Bakının görməli və tarixi yerləri ilə də tanış olublar Qonaqlar Bakının görməli və tarixi yerləri ilə də tanış olublar

İzmirli iş adamları Azərbaycana gəldi - FOTO

Qonaqlar Bakının görməli və tarixi yerləri ilə də tanış olublar

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İzmir şöbəsi izmirli iş adamlarının Bakıya işgüzar səfərini təşkil edib.

Bu məlumatı AzNews.az-a açıqlamasında jurnalist Elnur Eltürk verib.

Onun sözlərinə görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəsi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Dr. Asif Kurban səfərin məqsədləri haqqında danışıb:

“İzmirli iş adamlarının Azərbaycana gəlməkdə əsas məqsədi biznes dünyasının, sərmayə yatırımının şəraitini daha yaxından öyrənmək və əməkdaşlıqların qurulması haqqında bilgilər toplamaq idi. Xatırladaq ki, 1985-ci ildən Bakı İzmirlə qardaşlaşmış şəhərdir. Bu qardaşlığı və əlaqələri artırmaq və “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək lazımdır”.

Asif Kurban, xüsusilə, bu təşəbbüsə ilk gündən müsbət yanaşan Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) İzmir şöbəsinin sədri Bilal Saygılıya, səfərdə iştirak edən iş adamlarına, heyəti Bakıda yüksək səviyyədə qəbul edən Azərbaycan Respublikası Vergilər Nazirliyinə, omburdsman və nazir müşaviri Elçin Məmmədova və nazirliyin əməkdaşlarına, Kənd Təsərrüfatı Nazirliyinə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və komitənin əməkdaşlarına, Dövlət Turizm Agentliyi rəhbərliyinə, Türkiyə Səfiri Erkan Özorala, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə, MÜSİAD-ın Azərbaycan rəhbərliyinə və Qafqaz Turizm Şirkətinə çox təşəkkür edib.

Səfərdə iştirak edən sahibkarlar rəsmi görüşlərlə birgə ikili əməkdaşlıq görüşlər də həyata keçiriblər.

Qonaqlar eyni zamanda Bakının görməli və tarixi yerləri ilə də tanış olublar.

AzNews.az

image description image description image description