Vətəndaşlara "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək Vətəndaşlara "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək

İKZF mənzil fondu yaradıb

Vətəndaşlara "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək

Ötən il ərzində Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri çərçivəsində mənzil fondu yaradılıb.

Fonddan verilən məlumata görə, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək. (APA-Economics)

AzNews.az