Nazirliyin internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür. Nazirliyin internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

Energetika naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək

Nazirliyin internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 13-də Energetika naziri Pərviz Şahbazov Masallı şəhərində vətəndaşları qəbul edəcək.

AzNews.az xəbər verir ki, qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi 17) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağsuda sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi 25) təşkil olunacaq.

Nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 57) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Masallı rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, tel: (050) 235-17-57, email: lankaran@regulator.gov.az, office.lankaran@regulator.gov.az), Ağsu və İsmayıllı rayonları üzrə isə Agentliyin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, tel: (050) 509-80-50, email: kurdamir@regulator.gov.az, office.kurdamir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.