Milli Məclisin sədri qurumun Aparatında və İşlər İdarəsində islahatların aparılması haqqında sərəncam imzalayıb Milli Məclisin sədri qurumun Aparatında və İşlər İdarəsində islahatların aparılması haqqında sərəncam imzalayıb

Elmar Vəliyevin və deputatın oğlu MM-dəki işindən çıxarıldı

Milli Məclisin sədri qurumun Aparatında və İşlər İdarəsində islahatların aparılması haqqında sərəncam imzalayıb

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu işindən kənarlaşdırılıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Elmar Vəliyevin oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışırdı.

Bundan başqa, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova bir müddət əvvəl qurumun Aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması haqqında sərəncam imzalayıb.