- İşin içi
- 7 Avqust 2020 15:28
- 9 809
Azərbaycanda büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
Dəyişikliyə əsasən, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş büdcə qaydasının tətbiqi qaydası 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.
Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. (Report)
AzNews.az