Bu, Bakı-Ankara-London əməkdaşlığının regionda daha bir uğurudur Bu, Bakı-Ankara-London əməkdaşlığının regionda daha bir uğurudur

Real "Dostluğ"u dəstəklədi - Natiq Cəfərlinin şərhi

Bu, Bakı-Ankara-London əməkdaşlığının regionda daha bir uğurudur

"Azərbaycanla Türkmənistan arasında bu gün imzalanan müqavilə, bizim "Kəpəz", türkmənlərin isə "Sərdar" adlandığı neft-qaz yatağının "Dostluq" adı ilə istismara açılması çox böyük hadisədir. İqtisadi səmərəsi ilə yanaşı siyasi və tarixi əhəmiyyəti də var - bu müqavilə yeni yaranmaqda olan de-fakto ittifaqların növbəti de-jure təzahürü, Bakı-Ankara-London əməkdaşlığının regionda daha bir uğurudur".

AzNews.az-ın məlumatınga görə bu fikrləri, iqtisadçı Natiq Cəfərli bildirib.

N.Cəfərli daha sonra qeyd edib ki, AB üçün türkmən qazının Azərbaycan üzərindən Avropa çatdırılması həmişə prioritet olub:

Avropa Birliyinin də böyük rolu oldu, son illərdə AB-nin Enerji Komissarı Aşğabada dəfələrlə səfər etmişdi. AB üçün türkmən qazının Azərbaycan üzərindən Avropa çatdırılması həmişə prioritet olub. Buna mane isə həmişə Şimaldan gəlirdi, indi Rusiyanı "Şimal-Axını-2" layihəsində ciddi "sıxaraq" Xəzərdə maneçilik etməməyə məcbur edirlər - çox maraqlı və çoxpilləli "oyun" qurulub.
Türkmənistan qazının TANAP-TAP yolu indi daha aydın görünür - bu gün imzalanan müqavilənon təməli 1 il əvvəl, 2020-ci ilin yanvarında qoyulmuşdu və qısa zaman kəsimində həyata keçməsi çox yaxşı oldu...