İl ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb İl ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

DƏMX tərəfindən Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

İl ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı hazırda hər hansı tələb yoxdur. Amma Nazirlik tərəfindən Əmək Məcəlləsinə müvafiq dəyişiklik hazırlanıb. Biz bununla bağlı müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Növbətçi Müfəttişin” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib.

Onun sözlərinə görə, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir ki, sonda müəyyən şəkildə kompensasiya alsın: “Lakin bu düzgün yanaşma deyil. Ona görə də işəgötürənlərə tövsiyə edirik ki, məzuniyyət qrafiki qabaqcadan işçilərlə razılaşdırılmaqla təsdiq edilsin. Əmək Məcəlləsində qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığına görə, tərtib olunmaya da bilər. Bunu işçi ilə işəgötürən qarşılıqlı razılaşma ilə də edə bilər. Lakin qrafik tərtib olunsa, işəgötürən işçinin qarşısında razılığa əsasən tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə etsin. Məqsəd odur ki, bununla işçinin il ərzində fiziki, psixoloji sərf etdiyi enerji bərpa olunur, istirahət hüququ təmin edilir və yeni formada işə qayıdır. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün əməyin mühafizəsi qaydalarının pozulmasına da gətirib çıxara bilər. Ona görə də il ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.