NRYTN məlumat yayıb NRYTN məlumat yayıb

ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

NRYTN məlumat yayıb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bİldirilir ki, görüş zamanı nümayəndə heyətinə son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilmiş islahatlar, irimiqyaslı infrastruktur layihələri, “Trans-Xəzər” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən və planlaşdırılan layihələr haqqında danışılıb. Həmçinin qeyd edilən layihələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq və onların bu layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb.