- İşin içi
- 17 İyun 2022 20:22
- 9 899
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 mln. manat artırılır

Bu, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000,0 manat artırılır.
Aznews.az xəbər verir ki, bu, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərclərinin 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması təklif olunur.