- İşin içi
- 16:40
- 930
DSMF sədri Cəlilabadda vətəndaşları qəbul edib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Cəlilabadda bu rayonun sakinlərini qəbul edib.
Aznews.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Aznews.az