- İşin içi
- 11:34
- 865
Ehtiyac meyarı artır
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.