- Köhnə - İqtisadiyyat
- 3 Mart 2016 19:21
- 4 092
Manat kütləsinin azalmasının səbəbləri - Açıqlandı
Ötən il manatla geniş pul kütləsinin azalmasının səbəbləri açıqlanıb.
Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, ötən il manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 50,6% azalıb.
Məlumata əsasən, pul kütləsinin dinamikası əsasən valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb.
"Bu da əsasən iqtisadi subyektlərin öz nağd və qüyri-nağd yığımlarını xarici valyutaya konvertasiya etmələri ilə əlaqədardır", - deyə hesabatda vurğulanıb.
APA