- Köhnə - İqtisadiyyat
- 6 Mart 2016 12:40
- 3 031
Azərbaycan Macarıstana dərman istehsal etməyi təklif etdi
Azərbaycan Macarıstana ölkədə dərman preparatlarının istehsalı üzrə müəssisələr açmağı təklif etdi.
AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu gün azərbaycan-macarıstan biznes-forumunda bildirib.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycana Macarıstanda istehsal olunan 135 adda dərman idxal edilir.